İran yanvarın 8-də Tehranda vurulan “Boeing 737” tipli Ukraynaya məxsus sərnişin təyyarəsinin qara qutusunu Kiyevə göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının Təhqiqatlar şöbəsinin rəisi Həsən Rezayifər bildirib.
O deyib ki, Ukraynanın xahişinə əsasən qara qutu Kiyevə göndərilib. Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislər qutunu tədqiq edərək qəzadan əvvəl nələrin baş verdiyini öyrənəcəklər.
Qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu təyyarənin qara qutusunun təhvil verilməsi haqqında İrana sorğu göndərmişdi.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında vurulması nəticəsində 176 nəfər həlak olub. İran tərəfi təyyarəni yanlışlıqla vurduğunu etiraf edib.