19 Yanvar 2020 17:03
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə keçirilən nümayiş zamanı ABŞ tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisinin afişası yandırılıb.

Teleqraf.com xəbər verir ki, Tayara meydanında toplaşan aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər.

Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginlik yaşanıb, polislər aksiya iştirakçılarına gözyaşardıcı qaz və silahla müdaxilə edib.

Aksiya Nəcəf və Zikar vilayətlərində də keçirilib, nümayişçilər Nəcəf hava limanına gedən yolları bağlayıb.


Müəllif: Leyla

Oxşar xəbərlər