Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbiçiləri tərəfindən Küveytə məxsus üç gəmi saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İranın "Təsnim" agentliyi bildirib.
Məlumatda "SEPAH"ın üç Küveyt gəmisini İranın ərazi sularınının sərhədlərini pozduqdan sonra saxladığı deyilir.
Hadisə ilə bağlı Küveyt səlahiyyətliləri tərəfindən rəsmi şərh verilməyib.