20 Yanvar 2020 00:38
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada qalıcı atəşkəs və siyasi prosesin başladılması ilə bağlı Berlində təşkil edilən Liviya konfransı sona çatıb.

Axar.az xəbər verir ki, konfrans sonunda Almaniya kansleri Angela Merkel yekun bəyannaməni açıqlayıb.

“Əhatəli plan üzrə razılığa gəldik. Atəşkəsə və embarqoya hörmət edilməlidir. Sərrac və Haftarın burada olması önəmli idi. Hərbi komitənin yaradılması üçün adlar təqdim edildi”, - deyə Merkel bildirib.

Qeyd edək ki, konfransda BMT baş katibi Antoniu Quttereş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Mayk Pompeo, Liviya münaqişəsi tərəflərinin rəsmiləri, habelə Rusiya, Fransa, Misir, BƏƏ və digər ölkələrin dövlət və hökumət üzvləri iştirak ediblər.


Müəllif: Teleqraf.com