İran 2015-ci ildə bağlanan nüvə razılaşmasındakı öhdəliklərini azaltmasına rəğmən, hələ də anlaşmaya sadiqdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.
İranlı diplomat anlaşmanı xilas etmək və işlək vəziyyətə gətirmək məsələsində Avropa güclərini bacarıqsızlıqda ittiham edib.
Musəvi bildirib ki, Tehran nüvə müqaviləsində qalmaqda davam edir: “Avropada olan güclərin İranın anlaşmanı pozması haqda iddiaları əsassızdır”.