İranın yollar və şəhər tikintisi üzrə naziri Məhəmməd İslami İran Prezidenti Həsən Ruhaninin Ukrayna Prezidenti Vladimir Zelenskiyə mesajını çatdırmaq üçün Kiyevə yola düşəcək.
Teleqraf.com xəbər veri ki, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.
“İranın yollar və şəhər tikintisi üzrə naziri Məhəmməd İslami İran Prezidenti Həsən Ruhaninin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı mesajını çatdırmaq üçün Kiyevə yola düşəcək”, – deyə İranı “İRNA” dövlət agentliyi A.Musəviyə istinadən yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Tehrandan günahın tam etiraf olunmasını, rəsmi üzr istəməsini, günahkarların cəzalandırılmasını və təzminat ödənilməsini gözlədiyini söyləyib.