20 Yanvar 2020 18:39
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq başçısı Serj Sərkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, xüsusi istintaq xidmətinin məlumatına görə, cinayət işinə dair materiallar prokurorluğa göndərilib.

Serj Sərkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarında göstərilir ki, Sərkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” kompaniyasını seçməyi tapşırmaqda şübhəli bilinir. Halbuki digər şirkət – “Masxur” kompaniyası daha ucuz qiymət təklif etmişdi.

Müstəntiqlər hesab edirlər ki, keçmiş prezident sövdələşmədən maksimum şəxsi mənfəət götürmək niyyəti güdüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər