21 Yanvar 2020 10:15
4 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin sonunda Almaniyada (Berlin) keçirilən beynəlxalq konfransda Liviya ilə bağlı 55 maddəlik anlaşma imzalandı.

Teleqraf.com xəbər verir ki, konfransın başa çatmasından sonra Liviyanın paytaxtı Tripolidə qiyamçı general Xəlifə Haftara bağlı qüvvələr atəşkəs rejimini pozub.

Suriya Milli Sülh Hökumətinin hərbi möbqelərinə qarşı hücuma keçən Haftar ordusu iriçaplı silah və ağır artilleriyadan istifadə edib.

Liviyada aranın yenidən qarışmasından sonra Berlin konfransının iştirakçılarından Haftara etiraz edənlərin sayı artıb. İştirakçılar 55 maddəlik anlaşmanı ilk pozan tərəfin Haftar olduğunu əsas gətirərək, məsələnin həllinin BMT Təhlükəsizlik Şurasına verilə biləcəyi bildirilib.

BMT TŞ-ın daimi üzvü Fransa bir sıra müttəfiqlərini qiyamçı generalı hakimiyyətə gətirməkdə ittiham edib. Parisdən verilən açıqlamaya görə, Əbdülfəttah əl-Sisi (Misir) kimi qiyamçı Haftarın da elan etdiyi qanunsuz hakimiyyətini legitimləşdirilməyə cəhdlər edilir. Açıqlamada, eyni zamanda Avropa İttifaqı daxilində də Liviya məsələsi ilə bağlı fikir ayrılığının yaşandığı bildirilib.

Almaniya xarici işlər naziri Hayko Maas Liviya məsələnin fevralın əvvəlində yenidən müzakirə olunacağını bildirib.

Əlavə edək ki, konfransda Fransa, İtaliya, Türkiyə, Almaniya, Rusiya və digər ölkələrin hökumət başçıları iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər