21 Yanvar 2020 10:50
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə İnkişaf Partiyasının (Fremskrittspartiet) lideri Siv Yensen İŞİD terror təşkilatına üzv olan ailənin ölkəyə qəbul edilməsindən sonra hökumətdən ayrıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Yensen koalisiya hökumətində təmsil olunan müttəfiqlərinin məlum qərarına sərt etiraz edib.

Partiya lideri açıqlamada bildirib: “İnkişaf Partiyasını hökumətə mən gətirdim, indi də hökumətdən çıxarıram. Bunu doğru addım sayıram. İnkişaf Partiyası olaraq hökumətdə yer almağımıza baxmayaraq, istədiyimiz siyasəti həyata keçirə bilmirik”.

Siv Yensen hökumətdən ayrılmasına baxmayaraq, hakim komanda və Mühafizəkar Partiyanın lideri, Baş nazir Erna Sulberqə dəstək verəcəyini qeyd edib.

Norveç hökuməti ötən həftə Suriyada olan İŞİD üzvü 29 yaşlı Norveç vətəndaşı olan bir qadın və iki uşağının ölkəyə qayıtmasına icazə verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər