21 Yanvar 2020 11:33
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində hökumətin yerləşdiyi ərazilərə (“Yaşıl bölgə”) raket zərbələri endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.

Məlumatda “Yaşıl bölgə” yaxınlığını 3 ədəd “Katyuşa” raketi atıldığı bildirilib.

Açıqlamada hücumda ölən və ya yaralananların olmadığı qeyd edilib. Hücumun kim tərəfindən təşkil edildiyi bəlli deyil.

Əlavə edək ki, ABŞ-ın İraqdakı səfirliyi də sözügedən ərazidə yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər