“Özbəkistan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmaq niyyətində deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Dövlət başçısı ölkəsinin AİB-ə üzv olacağı ilə bağlı yayılan məlumatlara aydnılıq gətirib:
“İcazə verin, inteqrasiya ilə bağlı fikir bildirim. Vətəndaşlarımızın çoxu xarici ölkələrdə işləyir, əsasən, Qazaxıstan və Rusiyada. Buna laqeyd baxa bilmirik. Heç kim heç kimə müstəqillik verməz. Müstəqillik xalqın etibar etdiyi bir prezidentin əlindədir. Biz bu birliyin üzvü olmayacağıq”.
Özbəkistan liderinin sözlərinə görə, Daşkənd bu birlikdə müşahidəçi statusuna üstünlük verir:
“Yaxşı və müsbət tərəflərini görəcəyik. Tamaşaçı olaraq qalacağıq. Sankt-Peterburqda Vladimir Putinlə bir çox məsələ ilə bağlı razılaşdıq. Əmin olun ki, bunu milli maraqları nəzərə alaraq edəcəyik”.
Əlavə edək ki, keçən il Mirziyoyev Özbəkistanın AİB-ə üzv olmaq məsələsini araşdırmaq qərarına gəldiyini açıqlamışdı.