ABŞ koalisiya müttəfiqləri ilə birlikdə Bağdadla uzlaşma sazişini hazırlamaq üçün addımlar atır, buna görə İraqdakı xarici hərbi qüvvələr azaldılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” məluamt yayıb.
Qəzet qeyd edir ki, bu yolla Vaşinqton və onun müttəfiqləri qoşunlarının İraq ərazisindən tamamilə çıxarılmasının qarşısını almaq və iranlı general Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsindən sonra bölgədəki gərginliyi azaltmaq istəyirlər.
Qeyd edilir ki, diplomatlar İranın bütün koalisiya qüvvələrinin bölgədən çıxarılması tələblərini qəbul etmək əvəzinə, kompromis sazişi hazırlamaq üçün addımlar atır və buna görə İraqdakı xarici hərbi mövcudluq azaldılacaq:
“Onlar bu yolla iki həftə əvvəl ABŞ-ın Qasım Süleymanini pilotsuz uçuş aparatı ilə öldürməsindən sonra xarici kontingentin ölkədən çıxarılmasına səs verən İraq parlamentindəki İran tərəfdarı fraksiyaların tələblərini təmin edəcəklərinə ümid edirlər”