21 Yanvar 2020 15:46
3 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə fəaliyyət göstərən “Maplecroft” adlı konsaltinq şirkəti dünya ölkələrinin narahatlığına səbəb olan xəritə yayımlayıb.

Teleqraf.com xəbər verir ki, şirkət 2020-ci ildə hakimiyyət əleyhinə kütləvi nümayişlər baş verəsi 47 ölkənin adını açıqlayıb.

Xəritədə Azərbaycanın qonşuları - Türkiyə və Qazaxıstanın da adı var.

Araşdırmada 2019-cu ildə Livan, Çili və Haiti kimi ölkələrdə başlayan kütləvi etirazların 2020-ci ildə davam edəcəyi iddia edilib.

İlin ilk 6 ayı ərzində 125 ölkənin 75-də nümayişlərin başlayacağı ehtimalının yüksək olduğu bildirilən materialda yüksək risk daşıyan ölkə sayının ötən ildən bu yana 12-dən 20-yə qalxdığı qeyd olunub.

Araşdırmaya görə, İraq, Boliviya və Honq Konqdakı etirazları da davam edəcək. Qonşu Türkiyə də kütləvi nümayişlərin proqnozlaşdırıldığı ölkələr arasındadır. Serbiya, Çernoqoriya, Hindistan, Cibuti, Qazaxıstan və Benin də bu sırada yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər