“NATO Rusiya ərazilərinin böyük hissəsini izləyə biləcək Pilotsuz Uçan Aparatlara (PUA) sahibdir”.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq açıqlama verib.
Stoltenberq NATO-nun “Global Hawk” adlı yeni strateji PUA-lar vasitəsilə Rusiyada baş verənləri izləyə biləcəklərini iddia edib: “Bu PUA-lar qonşu Rusiyada baş verənləri təsbit edə biləcək”.
NATO baş katibi sözügedən PUA-ların analoqunun, Rusiya və Çində bənzərlərinin olmadığını deyib.
“Global Hawk”-ın yeni versiyası 30 saat havada qala, 200 kilometr məsafədə olan obyektləri təsbit edə bilir. Hazırda PUA-lar İtaliyanın Siciliya adasında sınaqdan keçirilir.
“Global Hawk” PUA-ları Rusiya sərhədləri yaxınlığında tez-tez kəşfiyyat uçuşları həyata keçirir. Rusiya Müdafiə Nazirliyinin çağırışlarına baxmayaraq, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kəşfiyyat uçuşlarını dayandırmaq niyyətində deyil.