21 Yanvar 2020 17:27
2 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan (türk) dilində fəaliyyət göstərən “Tak Deraxt” nəşriyyatı bağlanılıb.

Teleqraf.com xəbər verir ki, Tehranda fəaliyyət göstərən nəşriyyat barəsində “qadağan olunmuş kitabların nəşri ilə məşğul olma” ittihamı irəli sürülüb.

Fəaliyyəti dayandırılan nəşriyyatın sahibi Ehsan Şükrxudayi üç ay əvvəl saxlanılaraq həbs edilib.

“Ənşişeyi Nev” nəşriyyatının fəaliyyəti isə 1 ay dayandırlaraq, 3 min dollar cərimə edilib. Azərbaycan dilində kitablar nəşr edən müəssisə eyni ittihamla üzləşib.

“Tak Deraxt” İranda ərəb əlifbası ilə Azərbaycan dilində tarixi, elmi və bədii kitablar nəşr edir. “Əndişeyi Nev” də Azərbaycan-türk dilində kitablar yayımlan yayın evi kimi tanınır.

İranın aidiyyəti qurumlarının qərarı Güney Azərbaycanda etirazlara səbəb olub, ittihamların həqiqəti əks etirmədiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər