21 Yanvar 23:05
277

Davosda Rusiya vətəndaşlarının casusluq etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın İsveçrədəki səfiri Stanislav Smirnov deyib.

O bildirib ki, bu yöndə yayılan xəbərlər İsveçrə və Rusiya əlaqələrini “baltalamağa” xidmət edir:

“Yeni bir jurnalistik spekulyasiyadır. “Tages Anzeiger”in jurnalistləri dəfələrlə casusluqla bağlı xəbərlər yayaraq iki ölkənin münasibətlərini pozmağa cəhd göstərib. Sözügedən xəbəri Davos forumu ərəfəsində gündəmə gətirilməsi müəyyən şübhələr yaradır”.

Qeyd edək ki, Davos şəhərində casusluqda şübhəli bilinən iki Rusiya vətəndaşı saxlanılsa da, sonradan onların günahsız olduqları məlum olub və sərbəst buraxılıblar.



Müəllif: Mənbə/Axar.az