22 Yanvar 2020 01:16
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, koronoviruslu xəstə Sietl şəhərində (Vaşinqton ştatı - Red) aşkarlanıb.

Bildirilib ki, Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronovirus diaqnozu qoyulub.

“The Washington Post” qəzeti isə bildirib ki, xəstəlik təxminən 30 yaşlarında, təyyarə ilə Çindən gələn kişidə aşkarlanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.


Müəllif: Mənbə/Report