22 Yanvar 2020 10:17
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD üzvü, Pakistan əsilli 29 yaşlı Norveç vətəndaşının iki uşağı ilə ölkəyə girişinə icazə verilməsi hökumət böhranına səbəb olub.

Teleqraf.com xəbər verir ki, İŞİD üzvü olan xanım və iki övladının Norveçə qayıtması, xəstə olan uşaqlarından birinin məsrəflərinin dövlət tərəfindən qarşılanması qərarından sonra İnkişaf Partiyası koalisiya hökumətindən çıxdığını elan edib.

Partiya lideri və hökumətdə iqtisadiyyat naziri postunu tutan Siv Jensen bəyan edib ki, koalisiya hökumətini o qurub və indi də partiyanı koalisiyadan çıxarır.

Bununla belə, azlıqda qalan hökuməti dəstəkləyəcəklərini də diqqətə çatdıran Siv Jensen baş nazir Erna Solberqə dəstək veriləcəyini elan edib.

Baş nazir Erna Solberq Osloda baş verən hökumət böhranı səbəbindən Davos forumunu yarımçıq tərk edərək vətəninə qayıdıb.

Əlavə edək ki, İŞİD üzvü olan və Norveçdə hökumət böhranına yol açan 29 yaşlı qadının adı açıqlanmır. Bəzi mənbələr onun adının Emira olduğunu qeyd edirlər. 2013-də Suriyaya gedib İŞİD-ə qoşulan Emira iki dəfə ailə qurub və iki övladı var.


Müəllif: Cavad