22 Yanvar 2020 10:32
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu bir çox ərəb ölkəsi ilə tarixi sülh sazişinin imzalanacağı vədini verib.

Teleqraf.com xəbər verir ki, Netanyahunun lideri olduğu Likud Partiyası seçki kampaniyasına başlayıb.

Baş nazirin vədləri arasında ərb ölkələri ilə sülh sazişi ilə yanaşı, ABŞ-la yeni hərbi blok qurmaq və İrana qarşı təzyiqləri artırmaq kimi məsələlər də yer alıb:

“Vaxt itirmədən İordaniya vadisi və Ölü dənizin şimalında öz hegemoniyamızı elan edəcəyik. Quş Etzion, Male Adumim, Ariel və digər yaşayış ərazilərində İsrail qanunlarını tətbiq edəcəyik”.

Martın 2-də keçiriləcək erkən parlament seçkilərində iştirak edən Mavi-Ağ Blokunun lideri Benni Qantz isə qalib gələcəyi halda İordaniya vadisini İsrailə ilhaq edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər