Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi qulluqçusu Artur Nalbandyan həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
1980-ci il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçunun (MAXE) səhvən açılan atəş nəticəsində həlak olduğu bildirilib.
Hadisənin təfərrüatı məlum deyil.