Polis idarəsində ortaya çıxan seks qalmaqalı ölkənin gündəmini zəbt edib.
Teleqraf.com xəbər verir ki,Nyu-York Polis Departamentinin əməkdaşı 39 yaşlı Brandi Samçes cümə günü polis idarəsinin tualetində sevgilisi ilə birlikdə yaxalanıb.
Cütlüyün cinsi əlaqəyə girməsini bilən polis əməkdaşları onlardan idarəni tərk etmələrini tələb edib.
Spirtli içkinin təsiri altında olan Sançes haqqında araşdırmaya başlanılıb. ABŞ mediasının məlumatına görə, Sançesin silah və vəsiqəsi müsadirə edilib və sərəncama göndərilib.
Xanım Sançesin 2004-cü ildən polisdə işlədiyi qeyd edilib.