22 Yanvar 2020 11:41
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsində mühakimə olunan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadəyə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı fəal məhkəmənin qərarı ilə 2 il 3 ay azadlıqdan məhrum edilib.

Məlumata görə, Məhəmməd Əbdülməhəmmədzadə “dini lideri təhqir etmək” və “İran əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamlarla günahlandırılıb.

Fəalın ailəsi və yaxınları mətbuata məlumat vermədiyindən onun saxlanması və məhkəmə prosesi kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.

Məhəmməd Əbdülməhəmmədzadənin dindirilmə və məhkəmə prosesi təxminən bir il davam edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər