22 Yanvar 2020 14:25
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildən 2018-ci ilə qədər ödəniş sistemləri vasitəsilə Rusiyadan 141,4 milyard dollar (5,64 trilyon rubl) pul çıxarılıb. Əks istiqamətdə köçürmələrin həcmi isə 28,76 milyard (1,26 trilyon rubl) təşkil edib. Beləliklə, on il ərzində fərq 100 milyard dollardan (4,38 trilyon rubl) çox olub.

Teleqraf.com xəbər verir ki, bu məlumatlar “FinExpertiza” tərəfindən əldə edilib. Araşdırmanın nəticələri Lenta.ru saytında dərc olunub.

Qeyd edilir ki, bu üsuldan daha çox əmək miqrantları, habelə MDB ölkələrindən və yaxın xaricdən olub Rusiyada məskunlaşmış mühacirlər istifadə edir. Onlar ailələrinə və qohumlarına pul göndərirlər.

Bildirilir ki, son beş ildə hər iki istiqamətdə maliyyə axınları arasındakı fərq azalmaqdadır. Əgər 2013-cü ildə Rusiyadan 37,2 milyard dollar çıxarılıb və 6,8 milyard dollar Rusiyaya göndərilibsə, 2018-ci ildə bu rəqəmlər müvafiq olaraq 21,8 və 8,6 milyard təşkil edib.

O da bildirilir ki, 2018-ci ildə Rusiyadan ən çox pul Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin, Ermənistan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşlarına göndərilib. Eyni zamanda Özbəkistan mütləq lider olaraq qalır – köçürmələrin 30 faizi bu ölkənin payına düşür.


Müəllif: Səxavət

Oxşar xəbərlər