İranın İnqilab Keşikçiləri Ordusuna bağlı olan Besic Təşkilatının ölkənin cənub-şərqindəki Darhovin bölgəsinin komandiri kapitan Əbdülhüseyn Mücəddəmi qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, komandirin Şadqan şəhərindəki evinə səhər saatlarında üzündə maska olan naməlum şəxslər tərəfindən hücum təşkil edilib.
İranlı komandir aldığı güllə yarasından hadisə yerində ölüb.