ABŞ-ın Virciniya ştatında on minlərlə insan bölgədə silahlara nəzarət qanununun sərtləşdirilməsinə etiraz olaraq aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, mitinqlər stat rəhbərliyinin binası qarşısında təşkil edilib.
Odlu silahlarla küçələrə çıxan vətəndaşlar ştatda silah satışına qadağa qoyulmasına görə qubernator Ralf Nortama etiraz ediblər. Mitinqdə 22 mindən çox etirazıçının iştirak etdiyi bildirilib.
Nortam aksiya insdentsiz başa çatdığına görə hüquq-mühafizə orqanları və vətəndaşlara təşəkkür edib. O, bölgədə silah satışının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin bölgədə təhlükəsizliyi gücləndirəcəyini deyib.
ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkədə etirazlara dəstək verdiyini açıqlayıb.
Demokratlar Partiyasının virciniyalıları öz haqlarından məhrum etdiyini bildirən Tramp qeyd edib: “Bu başlanğıcdır, bunun belə olmasına icazə verməyin. 2020-ci ildə Respublikaçılara səs verin”.