Çinin Vuxan şəhərində yeni növ koronavirusun yayılması səbəbindən hava limanı və qatar stansiyaları bağlanılacaq.
Teleqraf.com xəbər verir ki, virus indiyədək 17 nəfərin həyatına son qoyub.
Vaxanla yanaşı, Çinin digər bölgələrində də virusun sürətlə yayılmasına görə təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət aidiyyəti qurumlara “həyəcan komandası” verib.
Artıq virusun yayıldığı Vaxan şəhərinə giriş-çıxış dayandırılıb.
Səlahiyyətli qurumlar təxminən 9 milyon insanın yaşadığı şəhərin sakinlərinə kənara çıxmamaq barədə xəbərdarlıq edib. Virusun 17 nəfərin həyatına son qoyduğu bildirilən məlumatda insanlara ictimai yerlərə zərurət olmadıqca çıxmamaq tövsiyyə olunub.
Yeni koronavirus ilk dəfə olaraq ötən il dekabrın 21-də Vaxan şəhərində aşkarlanıb.
Digər yandan, Tayvan yeni koronavirusun ortaya çıxdığı Vaxanda ölkə ərazilərinə səfərləri dayandırıb. Lakin virus ayrı-ayrı ölkələrə səyahət edən sərnişinlər tərəfindən sərhədləri aşıb. Honq Konq, Tayvan, Cənubi Koreya, Yaponiya, Tailand, Avstraliya və ABŞ-a yeni virusun aşkar olunduğu şəxslər xəstəxanaya yerləşdirilib, xüsusi nəzarətə götürülüb.