23 Yanvar 2020 11:55
2 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan, İtaliya və İngiltərə də Liviyaya ordu göndərməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Liviyadakı legitim hökuməti dəstəkləmək məqsədilə Tripoliyə ordu göndərmək haqda qərarı Avropa ölkələrini hərəkətə gətirib.

İtaliya, Yunanıstan, İngiltərə və Avropa Birliyi (AB) Liviyaya ordu göndərmək mövzusunda mesajlarını açıqlayıb.

İtaliyanın Avropa işləri üzrə naziri Vincenzo Amendola bildirib ki, Liviyada sülhməramlılar göndərməyə hazırdırlar. İtaliyanın hazırda 6 mindən çox əsgərinin sülhməramlı işlərdə xidmət göstərdiyini ifadə edən nazir İtaliyanın Liviyadakı mümkün varlığının sülhə gətirəcəyini söyləyib.

Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib ki, hər mövzuda razılıq əldə etdikləri general Haftardan Liviyadakı muzdlu əsgərləri uzaqlaşdırmaq və Sərrac hökuməti ilə Türkiyə arasında qanunsuz razılaşmanın əsassız olduğunu rəsmən qəbul edilməsi üçün iş aparmaq istəyiblər.

Nazir əlavə edib ki, buna qarşılıq olaraq Yunanıstan Liviyda yardıma hazırdır: “AB-nin çətiri altında atəşkəsin qorunması və silah sanksiyasının pozulmaması üçün Liviyaya sülhməramlılar göndərməyə hazırıq”.

İngiltərə Baş naziri Boris Conson Berlin konfransından sonra jurnalistlərə deyib ki, Liviyada atəşkəsin tətbiqi və nizamlanması məqsədilə Liviyaya hərbi qüvvələr göndərə bilərlər.

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozef Borrell rəsmi atəşkəsin əldə olunduğu təqdirdə Liviyaya hərbçilər göndərə biləcəklərini deyib. O, əlavə edib ki, atəşkəsin başqaları tərəfindən nəzarət olmalıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər