23 Yanvar 2020 12:10
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Qüdsə səfəri zamanı Əzizə Ana Kilsəsinin qarşısında İsrail polisi ilə mübahisə edib.

Teleqraf.com xəbər verir ki, kilsənin önündə onu müşayiət etmək istəyən polis əməkdaşlarını görən kimi fransız lider onlardan kilsəni tərk etməyi tələb edib.

“Çölə çıxın, qaydalara əməl edin, bu qaydalar yüzillərdir qüvvədədir. Mənə görə dəyişdirilməyəcəklər”, - deyə Makron qəzəblənib.

XIX əsrdə Osmanlı sultanı I Əbdülməcid tərəfindən tikilən və Krım müharibəsində Fransanın dəstəyinə görə III Napoleona hədiyyə edilən kilsə Fransanın hesab edilir.


Müəllif: Nərgiz