Ukraynada silahlı münaqişə dövründə ölənlərin sayı 3543 nəfərə çatıb.
ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nın Baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç bildirib. Xəbəri «AFP» agentliyi yayıb.
"Sentyabrın 21-nə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 3543 nəfərdir", - deyə Şimonoviç bildirib.
O, qeyd edib ki, ölənlərin həqiqi sayı xeyli çox ola bilər, çünki elan olunan rəqəmlər yalnız rəsmi mənbələrin məlumatlarına əsaslanıb.