23 Yanvar 2020 14:26
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada meşə yanğınlarının davam etməsi səbəbindən paytaxt Kanberrada hava limanı bağlanılıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada kəskin tüstünün təyyarələrin hərəkətinə mane olduğu bildirilib.

Kanberranın bəzi bölgələrində yaşayan sakinlərə yanğından qorunmaq üçün təhlükəsiz yerlərə köçmək xəbərdarlığı edilib.

Artıq yanğınların paytaxtdakı beynəlxalq hava limanına çatdığı deyilib.

Digər yandan, Yeni Cənubi Uels ştatında baş verən yanğında ABŞ-ın xilasedici heyətinin 3 üzvü həlak olub.

Yanğının qarşısının alınması üçün bölgəyə əlavə 1700 nəfər könüllülərdən ibarət heyət cəlb edilib.

Avstraliyada meşə yanğınları ötən ilin sentyabr ayında başlayıb. Qarşısı alına bilməyən fəlakət 30 yaxın insanın, 1 milyard heyvanın həyatına son qoyub. Yanğınların ölkə ərazisinin üçdə bir hissəsini əhatə etdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu