24 Sentyabr 2014 09:00
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin məhkəməsi görkəmli Uyğur alimi İlham Tohtini separatçılıqda ittiham edərək ona ömürlük həbs cəzası kəsib.

ANS PRESS-in məlumatına görə, universitet alimi İlham Tohti uyğurların yaşadığı Şintyan bölgəsində Çin hökumətinin müsəlman Uyğur azlığına münasibətdə yürütdüyü siyasətin tənqidçisi kimi tanınıb.

"Amnesty International" təşkilatı məhkəmənin qərarını "acınacaqlı" adlandırıb.

Yanvar ayından həbsdə saxlanılan Tohti ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

Öz növbəsində Avropa İttifaqı, ABŞ və BMT alimin azadlığa buraxılmasına çağırıblar.

Urumçi Xalq məhkəməsi ötən həftə keçirilmiş və 2 gün davam etmiş prosesin sonunda Tohtinin təqsirli olduğu barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Tohtiyə məxsus mülkiyyətin müsadirəsi də nəzərdə tutulub.

Çin nəzarət siteminə görə, alimin azı 12 il həbsdə saxlanılacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər