Liviyanın paytaxtı Tripolinin dünyaya açılan qapısı sayılan Mitiqa hava limanı yenidən açılır.
Teleqraf.com xəbər verir ki, bu barədə aeroportun rəsmi sosial mediadakı hesabında məlumat yayılıb.
Açıqlamada "Mitiqa hava limanı yenidən açıldı. Uçuş barədə məlumatları yayacağıq" deyə bildirilir.
Xatırladaq ki, qiyamçı general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Mitiqa hava limanı da daxil olmaqla Tripoli sahilinə qədər uzanan geniş bir sahəni uçuş qadağan olunan bölgə elan etdiklərini açıqlamışdı. Mismari bu bölgədə hərəkət edəcəyi təqdirdə bütün sərnişin və hərbi təyyarələrin vurulacağını bəyan etmişdi.