24 Sentyabr 2014 09:25
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada İŞİD yaraqlılarına qarşı hücumlarda Suriya ordusunu vurmayacağı barədə İrana söz verib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ baş katibi Con Kerri iranlı həmkarı Muhəmməd Cavad Zəriflə görüşündə deyib.

Bu arada ABŞ və 5 Ərəb ölkəsindən ibarət koalisiya İŞİD terrorçu qruplaşmasının yerləşdiyi Rakka daxil olmaqla, Suriyanın şərqinə havadan 14 bomba atıb.

Hücumlarda Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri iştirak edib.

Əməliyyat zamanı yaraqlıların baş qərargahı, maliyyə və təlim mərkəzləri hədəf alınıb.

Londonda yerləşən Suriya İnsan Haqqlarının Müşahidəsi təşkilatı bildirib ki, hava hücumları zamanı onlarla yaraqlı öldürülüb.


Müəllif:

Oxşar xəbərlər