Livandakı “Hizbullah” lideri Həsən Nəsrallah İŞİD-ə qarşı ABŞ-ın başçılığı ilə koalisiyada iştirak etməyəcək.
Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nəsrallah bir televiziya kanalında ABŞ rəhbərliyində qurulan koalisiyada iştirak etməyəcəklərini deyib:
“Hər kəs kimi biz də bizim üçün, bölgə xalqları üçün təhlükə yaradan, yüzlərlə adamı qətlə yetirən İŞİD və ona oxşar təkfirçi təşkilatlara qarşı olsaq da Suriyada həm rejimə, həm də təkfirçi təşkilatlara olan xarici müdaxiləyə qarşıyıq”.
Nəsrallah digər dövlətləri də bundan imtina etməyə çağırıb: “Bu dünyadakı terrorizmin əsas qaynağı və anası ABŞ-dır. Sionist terror dövlətinin ən böyük dəstəkçisidir. ABŞ-ın terorra qarşı bir koalisiyanın başında olması qeyri-əxlaqidir. Biz də elə bir koalisiyada iştirak etmərik”.