24 Yanvar 2020 15:12
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder Corc Soros avtoritar hökumətlər və iqlim dəyişikliyi ilə məşğul olmaq üçün qlobal bir universitet yaratmaq üçün 1 milyard dollar ayırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Yeni plan haqda danışan Soros bildirib ki, rəhbəri olduğu Açıq Cəmiyyət İnstitutu bu məqsədlə tədqiqat üçün beynəlxalq platforma təklif edəcək.

Əlavə edək ki, Corc Soros ayrı-ayrı vaxtlarda Ukrayna, Qırğızıstan, Gürcüstan, Tunis və digər ölkələrdə baş verən “məxməri inqilablar”ın spekulyatoru kimi tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər