Diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə NASA xəbər yayıb.
Asteroid fevralın 15-də Yerə ən yaxın məsafəyə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərkindən 15 dəfə uzaq məsafədir.
163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş traektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.
Bildirilir ki, planetimizə yaxın növbəti belə tipli asteroidin uçuşu 2075-ci ildə gözlənilir.