Türkiyənin Elazığ şhərində baş verən 6,8 bal gücündə zəlzələ zamanı 4 mərtəbəli binanın dağıntıları alıtında qalan 12 yaşlı uşağı xilas etmək mümkün olub.
Teleqraf.com xəbər verir ki, Mustafa Paşa küçəsində xilasedicilər 8 saat sonra iki qadını da dağıntılar altından xilas edə biliblər.
Zəlzələdən 5 saat sonra çıxarılan uşaq Firat Xəstəxanasına aparılıb.
Bundan başqa, xiladedicilər 14 yaralını da dağıntılar altından çıxararaq xəstəxanalara çatdıra biliblər.
Bütün bu möcüzələr video görüntülərdə öz əksini tapıb.