Səudiyyə Ərəbistanının ölkəni tənqid edən Əbdülrəhman Almutairini ABŞ-dan qaçırmaq və öldürmək niyyəti baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almutairinin özü açıqlama verib.
O, iddia edib ki, ikinci bir Camal Qaşıqçı hadisəsi onun başına gələ bilərmiş.
Rejimin tənqidçisi iddia edib ki, Səudiyyənin şahzadə vəliəhdi Məhəmməd Bin Salmanın adamları onu ABŞ ərazisindən qaçırmağa çalışıb: “Federal Təhqiqatlar Bürosu (FTB) dadıma yetməsəydilər, buna nail olacaqdırlar”.
27 yaşlı komediya ustası San Dieqo Universitetindən təhsil alıb. Onun sosial şəbəkədə onun ciddi izləyici kütləsi var.
2018-ci ildə Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda qətl edilməsi ilə əlaqədar olaraq Riyad hökumətini sərt tənqid edən Almutairi qeyd edib ki, Şahzadə Məhəmməd Bin Salmanın adamları onu atası ilə birlikdə ABŞ-dan oğurlayaraq Səudiyyə Ərəbistanına aparmaqğa cəhd edib: “FTB ilə dərhal təmas qurdum. Bunun sayəsində bəlkə də indi həyatdayam”.