Çin hökumətinin virus epidemiyasının daha çox yayılmaması üçün gördüyü tədbirləri təqdir edirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çindən yayılmağa başlayan koronavirusla bağlı Pekin hökumətinin addımlarını qiymətləndirərkən deyib.
Tramp qeyd edib ki, Çin koronavirusu məhdudlaşdırmaq üçün gözlənildiyindən də çox fəaliyyət göstərir: “ABŞ Çinin bu istiaqamətdə cəhdlərini və şəffaflığını təqdir edir. Bu fəaliyyət işə yarayacaq. Amerika xalqı adından Çin liderinə təşəkkür edirəm”.