26 Yanvar 2020 08:04
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Vertolyotları" Holdinqi Mi-8AMTŞ-VN xüsusiya təyinatlı vertolyotlarının yeni versiyasını işləyib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə holdinqin rərbəri Andrey Boqinskiy bildirib.

Ötən ilin yayında "Rusiya Vertolyotları" Holdinqi Müdafiə Nazirliyi ilə xüsusi təyinatlılar üçün və xüsusi əməliyyat qüvvələri üçün Mi-8AMTŞ-VN vertolyotlarının baza versiyası əsasında 10 vertolyotun istehsalı barədə müqavilə imzalayıblar.

"Bizdə artıq AMTŞ-VN vertolyotlarının modernləşdirilmiş versiyası var. Onlar daha geniş imkan, funksiyalar və əlavə avadanlıqla təchiz olunub", - Boqdinskiy deyib.

Onun sözlərinə görə, vertolyotların yeni nəslində döyüş vasitələri, obyekti müəyyən etmək, hədəfi tanımaq imkanları gücləndirilib.


Müəllif: Nahid