24 Sentyabr 2014 10:40
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı edilən hava hücumlarının beynəlxalq qanunları pozduğunu hesab edir.

Teleqraf.com-un sabah.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O deyib ki, oxşar hücumların həyata keçirilməsi üçün Suriya rəhbərliyindən icazə alınması və ya Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında (BMGK) qərar qəbul edilməsi vacibdir.

Daha əvvəl də Rusiya Prezidenti Vladimir Putin, BMT-nin Baş Katibi Pan Gi mun ilə telefon danışığında hava hücumlarında Suriya rəhbərliyindən icazə alınması lazım olduğunu ifadə edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər