26 Yanvar 2020 09:38
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran ABŞ ilə dialoqu istisna etmir. Danışıqlar masasını İran yox, ABŞ tərk edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib. O bildirib ki, İran üçün Ağ Evdə kimin oturacağı vacib deyil. Vacib olan odur ki, sanksiyalar aradan qaldırılsın və danışıqlar prosesi bərpa olunsun.

Nazir Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutaraq bildirib ki, bu dövlətlər ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər: "Avropa öz maraqlarını və qürurunu ABŞ-a qurban verir".

Nazir onu da deyib ki, ABŞ-ın hədələrinə baxmayaraq, nüvə proqramı davam edəcək: "Sanksiyalar aradan qaldırılsa, İran nüvə proqramını dayandıra bilər".


Müəllif: Teleqraf.com