26 Yanvar 2020 13:44
3 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haftarın atəşkəsə əməl edəcəyini gözləmirəm. Moskvada masadan qaçdı, Berlində də oteldə gizləndi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Əl-Cəzairə səfərdən öncə Atatürk hava limanında jurnalistlərə açıqlamasında Ərdoğan Liviyadakı son durumu dəyərləndirib.

"Haftar qiyamçıdır. Haftara niyə bu qədər dəstək verdiklərini kansler Merkeldən də soruşdum. Dedim ki, bu adamı ərköyünləşdirirsiniz, o da qəbul edir. Ərköyünləşdirdiyiniz bu adam təəssüf ki, Liviyada atəşkəsi pozdu. Haftar Moskva prosesinə dəstək vermədi. Cənab Putin "Mən Haftarı həll edəcəyəm, sən də Sərracı razı sal" demişdi. Sağ olsun cənab Sərrac bizim xahişimizi yerə salmadı, həm Moskvada, həm də Berlində əməl elədi. Amma Haftar Moskvadan qaçdı, Berlində də gedib oteldə gizləndi. Keçmişdə öz rəhbərlərinə xəyanət etmiş belə bir şəxsdən hələ də atəşkəs məsələsində mərhəmət gözləmək mümkün deyil", - deyə Ərdoğan söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər