İraqın paytaxtı Bağdadın “Yaşıl zona”sına 5 “Katyuşa” raketi atılıb.
Axar.az xəbər verir ki, ABŞ səfirliyinin və bir sıra hökumət qurumlarının yerləşdiyi əraziyə həyata keçirilən hücum zamanı xəsarət alan olmayıb.
Raketin kimlər tərəfindən atıldığı bəlli deyil.