ABŞ Konqresinin üzvü İlhan Abdullahi Omar qardaşı ilə evlənib və ötən il boşanıb.
Teleqraf.com-un xəbərinə görə, “Blaze” saytı iddia edib ki, Federal Təhqiqatlar Bürosu qadın konqresmenlə bağlı araşdırma apararkən, onun qardaşı Əhməd Nur Səid Elmi ilə ailə qurduğunu müəyyən edib.
İddiaya görə, 2009-cu ildə evlənən bacı-qardaş 2019-cu ildə boşanıb.
Bu iddia özünü doğruldarsa, konqresmeni 5 il həbs və ya 250 min dollar cərimə gözləyir.
Koqnresmen Omar FTB tərəfindən ortaya atılan iddialara reaksiya verməyib. Koqnresdə saxta erməni layihəsinə qarşı çıxan müsəlman İlham Ömar haqqında bundan əvvəl köməkçisi Tim Myneetlə birgə yaşadığı iddiaları ortaya atılmışdı.
“Blaze” saytı iddia edib ki, Omar qardaşı Əhməd Nur Səid Elmi ilə ABŞ-da təhsil alamaq və bunun üçün “yaşıl kart” əldə etmək məqsədilə evlənib.
Xatırladaq ki, ABŞ Konqresi tarixində ilk hicablı konqresmen olan Omar daim ABŞ mediasının gündəminə gəlir.