27 Yanvar 2020 11:57
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani fevralda keçiriləcək parlament seçkiləri haqda danışarkən deyib.

Ruhani ABŞ Prezidenti Donald Trampı fevralın 21-də keçiriləcək seçkiləri pozmağa səy göstərməkdə ittiham edib:

“Trampa xalqla hakimiyyət arasındakı pozucu fəaliyyətlərini həyata keçirməsinə icazə verməməliyik. Fevralın 21-də keçiriləcək seçkilərə arxa çevirməyin, prosesdə fəal olun”.

Ölkədə bütün namizədlərə nəzarət edən İran İnqilab Keşikçiləri Şurası indiyədək 14 min namizəddən 9 mininin namizədliyini ləğv edib. İslahatçılar isə bir çox şəhərə namizəd irəli sürmədiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu