27 Yanvar 2020 13:45
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həm Barak Obama, həm də Corc Buşun sistemli Yaxın Şərq siyasəti var idi. Bir çox hallarda tənqidə olunsa da, keçmiş prezidentlər ardıcıl siyasət yürüdürdü. Donald Trampın dövründə isə bölgədə xaotik vəziyyət hökm sürür, bu da dəqiq bir planın olmamasının əlamətidir”.

Teleqraf.com xəbər verir ki, bunu ispan politoloq Luçano Zaxara deyib.

Mütəxəssis İran ətrafındakı böhranın ABŞ-ın Qasım Süleymani sui-qəsdinindən çox əvvəl başladığına diqqət çəkib.

Ekspert qeyd edib ki, bundan əvvəl Qırmızı dəniz və Fars körfəzində tankerlərə hücum edilib, Səudiyyə Ərəbistanındakı neft müəssisələri atəşə tutulub: “Bütün bunlar ABŞ və İran arasında münasibətlərin istiləşməsinə ümid olan bir zamanda baş verdi”.

Zaxaranın fikrincə, bununla bölgə ölkələri göstərdi ki, Tehran və Vaşinqton arasında münaqişə olarsa, onlar da kənarda qalmayacaqlar: “Amma son gəlişmə prosesi əks istiqamətə çevirdi. Məsələn, BƏƏ artıq İran əleyhinə ritorikasını yumşaltmağa başlayıb. Məlum oldu ki, heç kim Yaxın Şərqdə müharibə istəmir”.

Ekspert hesab edir ki, Trampın hakimiyyəti dövründə ABŞ dünyada demokratiyanın təbliğatını dayandırıb: “Amerikanın hazırkı prezidentinin buna ehtiyacı yoxdur, o, yalnız ABŞ-ın iqtisadi maraqlarını ön plana çəkir. Amerika artıq digər ölkələrin təhlükəsizliyindən narahat deyil, “dünya jandarmı” rolundan imtina edir. Əlbəttə ki, Ağ Ev Yaxın Şərqdəki nüfuzunu qorumaq istəyir, lakin bunun üçün səy göstərmək istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər