“İran hakimiyyəti qırx il əvvəl baş verən inqilabdan sonra doğulmuş gənclər üçün islam inqilabının aktuallığı problemi ilə üzləşir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Arizona Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, professor Enn Betteric söyləyib.
Ekspertin fikrincə, yeni nəsil arasında inqilabın aktuallığını önə çıxarmaq üçün molla rejiminə qəhrəman obrazı lazım idi:
“Qasım Süleymani inqilabın və İraqla səkkiz illik müharibənin qəhrəmanı kimi bu vəzifəyə mükəmməl formada uyğunlaşdırıldı. Üstəlik, o, yalnız xarici istiqamətdə hərəkət edən bir qəhrəman idi. Onun adı İran daxilindəki repressiya ilə əlaqəli deyildi.
Tehrandakı rejimə münasibətindən asılı olmayaraq, İŞİD-lə mübarizə arapan bir hərbçi kimi müsbət imic qazanmışdı.
Hedonizm və korrupsiya şübhəsi altında olan bəzi ruhanilərdən fərqli olaraq, Süleymani həmişə sadə həyat tərzi sürürdü”.