ABŞ Prezidenti Donald Tramp Çində yayılan ölümcül koronavirusla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Tramp Çinə virusla əlaqədar hər cür yardım təklif olunduğu barədə Tvitterdə paylaşım edib.
"Çinlə sıx təmasdayıq. ABŞ-da çox az sayda insanda bu virusa rast gəlinib. Çin və Prezident Xi-yə lazımi hər cür köməklik təklifini irəli sürmüşük", - deyə ABŞ prezidenti qeyd edib.