Həm Berlin prosesi, həm də Moskva toplantısında Haftar hazırlanan mətni imzalamayıb. Berlin sammitinə çoxsaylı dövlətlərdən iştirakçıların qatılmasına rəğmən Haftar prosesi oteldəki otağından izləyirdi. Sərrac imza atıb, amma Haftar atmayıb. Əgər beynəlxalq toplantılarda tərəflər bu cür mətnləri imzalamırsa, burada razılıq əldə edildiyini söyləmək olmaz.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qiyamçı general Xəlifə Haftar davamlı olaraq prosesdən qaçır: "İndi isə öz sözçüsünün açıqlaması çox mənalıdır. Liviyadakı proses tüfəngin nişangahının ucundadır. Bu, onu göstərir ki, Haftarın atəşkəs dərdi yoxdur, heç sülh dərdi də yoxdur. Ümid edirik Berlinə gələnlər də bu ifadələri eşidiblər və buna görə də mövqelərini müəyyən edərlər".
Ərdoğan onu da qeyd edib ki, Faiz Sərrac BMT-nin tanıdığı lider, Haftar isə qiyamçıdır: "Haftarın yanındakılar özü başda olmaqla legionerdir".